Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Uill Smit şillə vurduğu həmkarından üzr istədi - FOTO
Amerikalı aktyor Uill Smit “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka şillə vurduğuna görə ondan üzr istəyib.
Bu barədə aktyor öz “Instagram” səhifəsində paylaşım edib.
“Səndən ictimai şəkildə üzr istəmək istəyirəm, Kris, özümdən çıxdım və səhv etdim. Çox utanıram. Hərəkətlərim özümü görmək istədiyim insanın davranışına uyğun gəlmirdi”, - U.Smit yazıb.
Xatırladaq ki, ötən gün “Oskar” mərasimi zamanı qalmaqal yaşanıb.
Səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib.
Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub.
Qeyd edək ki, öz növbəsində Amerika Kino Akademiyası “Oskar” mükafatlandırma mərasimindəki insidenti ayrıca araşdıracaq.
“Biz baş verən hadisəni və onun nəticələrini Kaliforniya standartları və qanunlarına uyğun olaraq araşdıracağıq”, - bəyanatda deyilir.
View this post on InstagramƏn çox oxunanlarDigər xəbərlər
Rəylər