Ukrayna təhlükəsizlik xidməti əməkdaşlarının Rusiya ilə sərhəd yaxınlığında 10 rusiyalı desantın şəxsi sənəd və silahla saxladığını iddia edir.
“Donesk vilayətinin Amrosiyevski rayonunun Zerkalnı yaşayış məntəqəsinin yaxınlığında Ukrayna SQ və UTİ tərəfindən RF SQ-nin hərbi-desant qoşunlarının 98-ci Svirski tağımının 331-ci alayının 10 hərbçisi saxlanılıb.
Rusiya hərbçiləri şəxsi sənəd və silahla saxlanılıblar”, - idarənin saytında dərc olunmuş məlumatda bildirilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu məlumatın rəsmi təsdiqi barədə UTİ saytında heç bir təsdiq yoxdur.
Daha öncə Rusiya hakimiyyəti Ukrayna tərəfinin Rusiya hərbçilərinin Ukraynanın şərqində münaqişədə iştirakı barədə məlumatları dəfələrlə təkzib ediblər.
Qeyd edək ki, internetdə saxlanılan şəxslərdən biri ilə müsahibə də yayılıb.
Ukrayna KİV iddia edirlər ki, dindirilən şəxs Rusiya Federasiyası Hava-desant Qoşunlarının hərbçisidir.
Bu kadrları Sizə təqdim edirik: