Ukrayna Hərbi-Hava Qüvvələri Luqansk vilayətinin Krasnodon şəhəri yaxınlığında separatçıları daşıyan maşın karvanına dəqiq zərbə endirib, nəticədə onun irəliləməsinin qarşısı alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.
“Ukrayna aviasiyası öz işini davam etdirir - bu gün Luqansk vilayətinin Krasnodon şəhəri yaxınlığında separatçıları daşıyan maşın karvanına dəqiq zərbə endirilib, nəticədə onun hərəkəti tam dayandırılıb. Terrorçular böyük itki veriblər”, deyə o qeyd edib.
O qeyd edib ki, hazırda əsas məsələ strateji əhəmiyyətli İlovaysk şəhərinin separatçılardan tam təmizləməkdir.