Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ukrayna Baş Kəşfiyyat İdarəsi: Budanovun arvadını və bir neçə işçisini zəhərləyiblər - YENİLƏNİB + FOTO
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanovanı zəhərləyiblər.
Baş Kəşfiyyat İdarəsi zəhərlənmə xəbərini təsdiqləyib. Bununla bağlı mətbuatda dərc olunan məlumatların həqiqətəuyğun olduğu bildirilib.
Bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.
Onun sözlərinə görə, Marianna Budanova həqiqətən də ağır metallardan zəhərlənib və hazırda son müalicə kursunu keçir.
Eyni zamanda Andrey Yusov Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşının da zəhərləndiyini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl xüsusi xidmət orqanlarındakı mənbə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşının ağır metallarla zəhərləndiyi barədə məlumat yayıb. Marianna Budanova xəstəxanadadır və müalicə kursunu başa vurur.
Mənbə: RBC-Ukrayna
15:28
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna zəhərlənib.
Bu barədə “Babel” “Telegram” kanalı öz kəşfiyyat mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, Marianna Budanovaya ağır metal zəhərlənməsi diaqnozu qoyulub.
“Bu maddələr heç bir şəkildə gündəlik həyatda və ya hərbi işlərdə istifadə edilmir. Onların aşkarlanması konkret olaraq müəyyən şəxsi qəsdən zəhərləmək cəhdindən xəbər verə bilər”, - deyə mənbə bildirib.
Uzun müddət səhhətində pisləşmənin davam etdiyi Marianna Budanova xəstəxanaya yerləşdirilib. O, artıq müalicə kursunu başa vurur və müşahidə altında olacaq. Qətl cəhdi ilə bağlı araşdırma aparılır.
Marianna Budanovanın harada - Kiyevdə və ya xaricdə xəstəxanada müalicə olunduğuna gəlincə, mənbə onun Ukraynadakı xəstəxanada olduğunu qeyd edib.
Rəylər