Debaltsevo (Ukraynanın Donetsk vilayəti) yaxınlığında Ostraya Moqila kurqanı ətrafında 19 Ukrayna hərbçisi, o cümlədən silahlı qüvvələrin 17 və Daxili İşlər Nazirliyinin iki nümayəndəsi ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının rəsmi nümayəndəsinin səlahiyyətlərini icra edən Vladislav Seleznyov deyib.
O, əlavə edib ki, müxtəlif güc stukturlarının 78 hərbçisi yaralanıb.
Həmçinin bildirilib ki, hazırda hospital və tibb müəssisələrində ümumulikdə 591 hərbçi var ki, onlardan 26-sı ağır yaralıdır.
Bundan başqa, 204 hərbçi separatçıların girovluğundadır.