Ukraynada travmatik tapançadan UDAR partiyasının deputatı Anatoli Qladçenkonun üzünə atəş açıblar, bu barədə “Pyatıy” kanal bildirib.
Oxu.Az xəbər verir ki, Qladçenko Kiyev vilayətinin Slavutiç şəhərinin şəhər şurasının deputatıdır.
Deputatın həmkarı Aleksandr Demidov dəqiqləşdirib ki, atəş çox yaxın məsafədən açılıb.
Qladçenko xəstəxanadadır.