Ukrayna əsilli amerikalı aktrisa Milla Yovoviç Rusiyanın Ukraynaya qarşı başlatdığı mübaribəyə emosional tərzdə reaksiya verib.
Məşhur aktrisa “Instagram” hesabında Ukraynada baş verənlərin onu necə narahat etməsindən bəhs edib.
“Vətənim Ukraynada bu həftə baş verən hadisələri anlamağa çalışarkən ürəyim parçalanır və heyərət gəlirəm. Mənim ölkəmi və xalqımı bombalayırlar. Dostlarım və ailələri gizlənir. Mənim köklərim Rusiyadan olduğu kimi həm də Ukraynadandır. Baş verən dəhşəti, ölkənin dağılmasını, kül olmuş dağıntılarla əhatə olunmuş ailələrin köçürülməsini seyr edərkən ürəyim parçalanır”, - deyə o bildirib.
View this post on InstagramXatırladaq ki, Milla Yovoviç 1975-ci ildə Kiyevdə anadan olub. 1980-ci ildə o valideynləri ilə birlikdə Londona, daha sonra isə ABŞ-a köçüb. Onun anası Qalina Loqinova Ukraynada, atası Boqdan Yovoviç isə Monteneqroda böyüyüb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Qara dənizdə gərginlik artır: Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi - Video
- İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı
- Kreml: "Zelenski Putinlə birbaşa danışmaq istəyib"
- Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdı
- Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
Digər xəbərlər