Üç keçmiş sovet respublikası – Ukrayna, Gürcüstan və Moldaviya bu gün Avropa İttifaqının azad ticarət məkanına daxil olacaqları barədə razılaşma imzalayacaqlar.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, Tbilisi və Kişinyov siyasəti artıq Brüssel tərəfə istiqamətlənib – Aİ-də olan əmtəə dövriyyəsi Rusiyadan olan mallardan iki dəfə artıqdır. Amma Kiyev keçən ilin noyabr ayına qədər azad ticarət məkanının yaradılması fikrinə şübhə ilə yanaşırdı. Hakimiyyət dəyişdikdən sonra Ukrayna Aİ ilə müqavilənin siyasi hissəsini imzaladı.
Aİ ilə assosiasiyaya dair sazişin imzalanması üçün Brüsselə Ukrayna Petr Poroşenko, Moldaviyanın Yuri Lyanke, Gürcüstanın Baş naziri İrakli Raqibaşvili gəlib.