Ukrayna Milli Bankının (NBU) sədri Valeriya Qontaryova ölkə prezidenti Pyotr Poroşenkoya istefa ərizəsini təqdim edib.
Oxu.Az-ın məlumatına görə, Fins.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı NBU və prezident aparatı hələ rəsmən şərh etməyib.
Qeyd edək ki, NBU sədrinin istefa ərizəsi yazmasına səbəb bir həftə əvvəl Ukrayna Milli Bankı ölkədən pul vəsaitinin qanunsuz çıxarılması sxeminin təşkilində şübhəli bilinməsi göstərilir.
Bunu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Artyom Sıtnik tərəfindən “TCH” kanalına müsahibəsində bildirib:
“NABU hazırda Mərkəzi Bankın kommersiya banklarına pul vəsaitlərinin offşor hesablara köçürülməsinə yardım etmək imkanlarını araşdırır. Müxtəlif hesablamalara görə, 1991-ci ildən etibarən Ukraynadan 148 mlrd. ABŞ dolları həcmində vəsaitin çıxarıldığı bildirilir”.
A.Sıtnikin açıqlamalarına əsasən, NBU-nun təkrar maliyyələşmə ilə kommersiya banklarına verdiyi kreditlər offşor hesablara və ya xarici banklara ötürülüb.
U.A.
www.oxu.az