Ukrayna hökumətinin ölkəyə gətirilən Rusiya mallarına rüsum qoyulması barədə qərarı yanvarın 2-dən qüvvəyə minib, Oxu.Az Lenta-ya istinadən xəbər verir.
Bu rəsmi Kiyevin Rusiya tərəfinin Ukrayna ilə açıq ticarət zonasının ləğv etməsi və Ukraynaya qarşı iqtisadi sanksiyaların tətbiq etməsinə cavabıdır.
Qeyd edək ki, yanvarın 1-də Ukrayna ilə Avropa birliyi arasında açıq ticarət zonasının yaradılmasına dair sənəd qüvvəyə minib. Bundan sonra Ukraynaya gətirələn Avropa mallarına rüsum tətbiq edilməyəcək.