Ölkənin şərqindəki Donbass bölgəsində antiterror əməliyyatı keçirən Ukrayna ordusu Donetsk vilayətinin Yasinovataya şəhərini separatçılardan azad edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilənə görə, şəhərin azad edilməsi Donetsk şəhərini şimaldan əhatə etməyə və terrorçuların əsas silah və hərbi texnika təchizatı yollarından birini kəsməyə imkan yaradıb:
“Hazırda şəhərdə terrorçu dəstələrin qalıqlarının aşkarlanması və zərərsizləşdirilməsi üçün əməliyyat aparılır”.
Son bir sutka ərzində gedən döyüşlərdə 5 Ukrayna əsgəri həlak olub, 14-ü yaralanıb.
Qeyd edək ki, Yasinovataya şəhəri Donetsk şəhərinin 12 kilometrliyində yerləşən vacib dəmir yolu qovşağıdır. Hazırda Ukrayna ordusu və Milli Qvardiyası Donetsk şəhərini tam mühasirəyə alıb, şəhəri azad etmək üçün əməliyyatları davam etdirir.