Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukrayna ordusunun keçmiş baş komandanına Britaniyada səfir oldu
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Britaniyadakı səfir vəzifəsinə namizədliyi təsdiqlənib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü il martın 7-də cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb.
Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə məsələ ilə bağlı müvafiq sorğu göndərib.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri orduya rəhbərlik etmiş Zalujnı fevralın 8-də istefa verib. Onun yerinə Quru Qoşunlarının komandanı Aleksandr Sırski təyin edilib.
Mənbə: rbc.ua
"Ukrayna" teqi üzrə xəbərlər
- Zelenskidən Ukraynada hərbi vəziyyət və səfərbərliklə bağlı qərar
- Papuaşvili: "Ukraynanın Gürcüstana təzyiqi beynəlxalq hüququn pozulması idi"
- Bayden Ukrayna və Kaliforniyanın məhvində günahlandırıldı
- KİV: "Zelenski ikinci müddətə prezident olmaq istəyir"
- Lukaşenko: "Ukraynaya Belarusu müharibəyə cəlb etmək tapşırılıb"
Rəylər