Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyada Donetsk və Luqanskın terrorçulardan təmizlənməsinə dair prezident Pytor Poroşenko tərəfindən təsdiqlənmiş plan var.
Oxu.Az-ın Unian.net-ə istinadən məlumatına görə, bunu Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin müavini Mixail Koval bildirib.
“Torpaqlarımızın separatçılardan təmizlənməsinin bütün mərhələləri ilə bağlı planı ali baş komandan Pyotr Poroşenkonun təsdiqləyib. Həmin qüvvələr Ukrayna ilə sərhəddə müdafiə mövqeyindədir. Bütün terrorçu qruplaşmalar Rusiya ərazisinə keçmək üzrədir”-deyə, Koval bəyan edib.