Ukrayna aviasiyası bu gün Donetsk beynəlxalq hava limanına soxulan silahlı separatçılara və terrorçulara havadan zərbə endirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə özünü “Donetsk Xalq Respublikası” adlandıran qrupun nümayəndələri Twitter-də yazıblar.
Onlar əməliyyatda 3 hərbi helikopter və 2 hərbi təyyarənin iştirak etdiyini deyiblər. Terminallardan birində yanğın başladığı bildirilir. Hava limanı fəaliyyətini dayandırıb.