Dünən Ukrayna prezidenti Pyotr Poroşenkonun “Qismən səfərbərlik haqqında” fərmanına dair səsvermədən sonra Regionlar Partiyasından olan deputat Nikolay Levçenko dövlət başçısının planını tənqid edib.
“Belə çıxır ki, Poroşenkonun sülh planı müharibənin davamına yol açır. Bu planın 15 maddəsi budur?”, - deyə Levçenko öz kolleqalarına sual verib.
Bu isə “Svoboda” fraksiyasının nümayəndələrinə xoş gəlməyib. Nəticədə müxtəlif siyasi qüvvələr arasında dava düşüb.