Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ukrayna tərəfindən zərərsizləşdirilən İran dronu ABŞ-də nümayiş etdiriləcək
İranın Ukrayna müharibəsində birbaşa rolunu sübut edən, Ukrayna ordusu tərəfindən ələ keçirilən "Şahid-136" dronu dünən Polşa Hərbi Hava Qüvvələrinə məxsus "C-130" təyyarəsi ilə ABŞ-nin Merilend ştatındakı Endryus bazasına aparılıb.
"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən xəbər verib.
Məlumata görə, dron Vaşinqtonda Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında nümayiş etdiriləcək və mərasimdə ABŞ Prezidenti Donald Trampın da çıxışı planlaşdırılır.
Bildirilib ki, dronun qara rənginə görə gecə uçarkən onu görmək çətin olub, ancaq Ukrayna qüvvələri dronu vurduqda yalnız mühərrik qanadları zədələnib.