Ukraynanın “İvçenko-Proqress” şirkəti Türkiyə Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) üçün 500 mühərrik tədarük edəcək.
“Defense Express” xəbər verir ki, razılaşmanın ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edir.
Məlumata əsasən, “Aİ-450” mühərrikləri yeni “Akıncı” PUA üçün, “Aİ-25” mühərrikləri isə perspektiv pilotsuz qırıcı üçün nəzərdə tutulub. Mühərriklərin tədarükü 2021-2030-cu illərdə baş tutacaq.
Qeyd edək ki, “Akıncı”nın ilk sınaq uçuşu 2019-cu il dekabrın 6-da keçirilib. PUA səmada 16 dəqiqə uçuşdan sonra avtomatik eniş edib.