Bu gün Ukraynanın Sumı vilayətində sərnişin qatarının marşrut mikroavtobusunu vurması nəticəsində ən azı 13 nəfər dünyasını dəyişib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində baş verib və qatar mikroavtobusu dəmir yolu xətti ilə 300 metr sürüyüb. Mikroavtobusda 17 nəfər - əsasən müəllimlər və şagirdlər olub, onlar dərsdən evə yollanırmış. Avtobusda sağ qalanların ağır zədə aldığı bildirilir.
Hadisənin baş vermə səbəbi hələ müəyyən edilməyib. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.