Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı idmançı tələbə faciəli şəkildə dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovun APA-ya bildirdiyinə görə, bu, Azərbaycanın Xaçmaz rayonundan olan, 1994-cü il təvəllüdlü, Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi Aslan Xıdırovdur.
Smaqdaun döyüş növü üzrə idmançı olan A.Xıdırov beş gün əvvəl məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinı baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun nəşi bu gün Azərbaycana yola salınıb.