Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukraynada dağıntılar altından pişik xilas edildi: Sahibəsini ölümdən qurtarıb
Ukraynanın Donetsk vilayətinin Mirnoqrad şəhərində xilasedicilər dağıntılar altından bir gündən artıq orada qalmış pişiyi çıxarıblar.
Bu barədə Oxu.Az Focus.ua-ya istinadən bildirir.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, xilasedicilər Mirnoqradda Rusiya Silahlı Qüvvələrinin zərbə endirdiyi yerdə dağıntıları təmizləyərkən pişiyin miyoldamağını eşidiblər.
"Yeni günə xoş xəbərlə başlayaq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mirnoqradda dağılmış evin dağıntıları altından, az qala, bir gündür orada qalmış və qorxmuş pişiyi çıxarıblar. Xoşbəxtlikdən heyvan xəsarət almayıb", - deyə məlumatda bildirilib.
Pişik sahibəsinə təhvil verilib.
Qadın bildirib ki, atış zərbələrindən bir neçə dəqiqə əvvəl heyvan yüksək səslə miyoldamağa başlayıb və israrla onu digər otağa çağırıb ki, bu otaq nəticədə atəşlərdən zərər görməyib. Beləliklə də, pişik sahibinin həyatını xilas edib.
Qeyd edək ki, Mirnoqradda iyulun 14-də Rusiyanın atəşə tutması nəticəsində inzibati və hündürmərtəbəli binalar zərər görüb, bir nəfər ölüb, altı nəfər yaralanıb.
Rəylər