Ukraynanın Luqansk vilayətinin qərbində yerləşən Lisiçansk şəhəri artilleriya atəşinə tutulub.
Rusiya ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində şəhərdə yerləşən televiziya qülləsi hədəfə alınıb.
Yerli sakinlər yaşadıqları mənzildən yanğının videosunu çəkərək sosial şəbəkələrdə yayımlayıblar.
Hadisə nəticəsində ölən və yaralıların olması barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, ötən gün Rusiya ordusu tərəfindən həyata keçirilən raket hücumu nəticəsində Ukraynanın paytaxtı Kiyevdə yerləşən teleqüllə dağıdılıb.
View this post on InstagramMənbə: Segodnya “Telegram” kanalı
"Ukrayna" teqi üzrə xəbərlər
- Qara dənizdə gərginlik artır: Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi - Video
- İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı
- Kreml: "Zelenski Putinlə birbaşa danışmaq istəyib"
- Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdı
- Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
Digər xəbərlər