Ukraynanın Kiyev vilayətinin Vasilkovski rayonunda hərbi helikopter qəzaya uğrayıb.
Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, təyyarə Lvovdan uçurmuş.
Qəza yerində hüquq-mühafizə orqanlarının və hərbi prokurorluğun əməkdaşları araşdırma aparır.