Ukraynanın Donetsk vilayətində Rusiyanın “Birinci kanal”ının operatoru Anatoli Klyan həlak olub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə elə həmin telekanal bildirib.
“Bu gecə Donetskdə bizim kolleqamız, “Birinci kanal”ın operatoru Anatoli Klyan vəfat edib, - telekanalın məlumatında deyilir. – Faciə çəkiliş qrupunun növbəti reportajı hazırlamaq üçün gəldiyi hərbi hissələrin birinin yaxınlığında baş verib”.
Təsdiq edilməmiş məlumata görə, o qarnından ölümcül yara alıb.
Qeyd edək ki, bundan əvvəl, iyun ayında Ukraynanın Luqansk vilayətində RDTRŞ-nin (Rusiya Dövlət Teleradio Şirkəti) iki əməkdaşı – Rusiyanın “Rossiya-1” telekanalının müxbiri İqor Kornelyuk və səs operatoru Anton Voloşin həlak olublar.
May ayında Slavyanskda italyan fotoqrafı Andrea Rokkelli və onu müşayiət edən Rusiya hüquq mühafizəçisi Andrey Mironov həlak olub.