Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukraynada səfərbərlik: 160 min hərbçi ilə bağlı plan hazırlanır
Ukrayna 2025-ci ilin fevralına qədər əlavə 160 min hərbçini cəlb etməyi planlaşdırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" nəşri məlumat verib.
Nəşrin məlumatına görə, insan qüvvəsi, xüsusən də piyada qoşunlarının çatışmazlığı Ukrayna üçün ən böyük problem olaraq qalır. Kiyevin əlavə 160 min hərbçinin çağırmasının səbəbi də budur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hesab edir ki, bu addım hərbi hissələrin tələb olunan sayının yalnız 85%-ni doldura biləcək.
Lakin xarici hərbi ekspertlər və adı çəkilməyən yüksəkvəzifəli Kiyev rəsmisi bu məqsədə nail olunacağına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, 100 minə nəfərə qədər insanın hərbi xidmətə çağırılması realdır və bu, kadr çatışmazlığını yarıya qədər doldura bilər.
Nəşr qeyd edib ki, hazırda bəzi bölmələr tələb olunan sayın təxminən üçdəbiri ilə təmin olunub.
Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb, hakimiyyət hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Bununla belə, hərbi xidmətdən yayınanlar istənilən yolla qaçmağa və ölkəni tərk etməyə çalışırlar - saxta sertifikatlardan istifadə edərək və ya qeyri-qanuni olaraq, çox vaxt həyatlarını riskə ataraq buna nail olmağa cəhd edirlər.
Qeyd edək ki, bu il mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib ki, bu da daha yüz minlərlə ukraynalının hərbi xidmətə çağırılmasını mümkün edib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya Donetskin yaşayış məntəqəsini nəzarətə götürdü
- İki ölkədən Ukraynaya milyard dollarlıq zəmanət
- Zelenskidən Slovakiya baş nazirinə rüşvət təklifi ilə bağlı açıqlama: "Biz pul verməyə hazır idik"
- Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar
Rəylər