Ötən gün axşamdan başlayaraq separatçılar yenidən Donetsk aeroportunu ələ keçirməyə cəhd ediblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Unian agentliyinin verdiyi məlumata görə, separatçılar aeroporta tank hücumu təşkil ediblər.
Aeroporta doğru 5 tank hərəkət edib. İki tank isə arxada qalaraq aeroportu atəşə tutub. Ukrayna ordusunun separatçıların bütün hücumlarını dəf etdiyi deyilir. Tanklar geri çəkilməyə məcbur olub.
Bu barədə ukraynalı jurnalist Oksana Kovalenko Facebook səhifəsində yazıb. Qeyd edək ki, Ukraynanın şərqində antiterror əməliyyatları başlayandan Ukrayna ordusunun Donbass-da 2000 hərbi qulluqçusunun öldürüldüyü bildirilir.