Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ukraynada supermarketdən alınan bulkanın içindən güllə çıxdı: Şəhər meri çaşqınlıq içindədir
Ukraynanın qərbindəki İvano-Frankovsk şəhərində supermarketdən alınan bulkanın içindən güllə çıxıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İvano-Frankovsk şəhərinin meri Ruslan Marsinkiv öz "Telegram" kanalında paylaşım edib.
Mer bulkanın fotosunu paylaşaraq, altına şərh yazıb:
"Bu gün şəhər supermarketlərinin birində belə bir "sürpriz'li bulka alıblar. Foto mənə şəxsi olaraq göndərilib".
Marsinkiv güllənin həqiqi olub-olmaması ilə bağlı suallar yarandığını və bulkanın içinə necə düşdüyü barədə heç bir fikrinin olmadığını qeyd edib. O, həmçinin əlavə edib ki, "istehsalçı yerli deyil", amma fotodakı bulkanın qablaşdırılması bulanıq olduğu üçün istehsalçını müəyyən etmək mümkün olmayıb.
Məsələ ilə bağlı polis araşdırmalara başlayıb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Ukrayna Finlandiya ilə hərbi əməkdaşlıq haqqında memorandum imzaladı
- Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
- KİV: "Zelenski prezidentliyinin son mərhələsindədir"
- Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?