Ukraynanın “Ukrspeszem” Dövlət torpaq resursları agentliyinin Kiyev dövlət müəssisəsinin direktoru Obuxov rayonunda 4 ha torpağın daimi istifadəyə verilməsi üçün 200 min ABŞ dolları tələb edib.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, rüşvətxor ilk 100 000 dolları alıb. Onu cinayət yerində 86 000 dollar, vasitəçisi - Dövlət torpaq resursları agentliyinin katibi Vyaçeskav Tornatovskini isə 14 000 dollar ilə saxlayıblar.
Avakov deyib: “Evə gəliblər, işarələnmiş pulları evə gətiriblər, onlara yenicə alışmağa başlayıblar ki, qapının zəngi çalınıb – müstəntiq, milis gəlib”.
Nazirin sözlərinə görə, baş vermiş cinayətə Dövlət torpaq resursları agentliyinin Kiyev vilayətində rəhbərlərin və vilayətin kənd şurasının aidiyyatlılığı yoxlanılır. İstintaq əməliyyatları davam etdirilir.