Ukraynalı məşhur mğənni Svetlana Loboda rusiyalılara videomüraciət edib və onları Ukraynda gedən müharibəni dayandırmağa çağırıb.
O, son beş günü ukraynalıların başına gələn ən ağır günlərdən biri adlandırıb.
“Mənim ölkəmdə müharibə gedir, insanlar ölodürülür, ac qalırlar, onların arasında körpə uşaqlar var… Kiyevdə ailəm – atam, bacım, qardaşlarım, əmilərim, dayılarım, nənəm, babam qalıb. Onların hamısı zirzəmilərdə, qarajlarda, metro stansiyalarında qalmaq məcburiyyətindədirlər. Çünki çıxa bilmirlər, bu həyatları üçün təhlükəli ola bilər. Bu dəhşəti saxlaya bilənlərdən xahiş edirəm, müharibəni dayandırın. Ukrayna hər saniyə insanlar itirir”, - deyə o bildirib.
Loboda sosial hesabına üzv olanlar arasında 10 milyon rusiyalı olduğunu deyərək, onlara müraciət edib.
“Hamınızdan xahiş edirəm, yalvarıram gəlin bunu dayandıraq!”, - göz yaşçları içində deyib.
Посмотреть эту публикацию в Instagram
"Ukrayna" teqi üzrə xəbərlər
- Qara dənizdə gərginlik artır: Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi - Video
- İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı
- Kreml: "Zelenski Putinlə birbaşa danışmaq istəyib"
- Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdı
- Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
Digər xəbərlər