Kiyevdə keçmiş deputat, Regionlar Partiyası fraksiyası sədrinin keçmiş birinci müavini Mixail Çeçetov mənzilinin pəncərəsindən özünü ataraq intihar edib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, faktla bağlı Ukraynanın Cinayət Məcəlləsinin 115-ci “Qəsdən adam öldürmə” maddəsinin 1-ci bəndi üzrə cinayət işi açılıb.
“Saat 2:00-da həyat yoldaşı Mixail Çeçetovun kabinetində işıq və stolda qeydin olduğu vərəq aşkar edib. O, 17-ci mərtəbədən özünü atıb”, - hüquq-mühafizə orqanlarından bildiriblər.
Qeyd edək ki, fevralın 21-də Kiyevin Peçersk rayon məhkəməsinin qərarı ilə Çeçetov həbsə alınmışdı, lakin tezliklə o, 5 milyon qriven girov ödəyərək həbsdən çıxmışdı. Çeçetov səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu.