Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynalı uşaqları öldürmək çağırışı edən jurnalist işdən çıxarıldı
“Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan rəhbərlik etdiyi informasiya agentliyinin jurnalist Anton Krasovski ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.
O, bu barədə öz “Telegram” kanalında yazıb.
Simonyan A.Krasovskinin açıqlamasını “vəhşi və iyrənc” adlandırıb.
Qeyd edək ki, “Russia Today” kanalında yayımlanan “Antonimı” proqramında Krasovski yazıçı Sergey Lukyanenko ilə söhbətində təbliğatın qurbanı olan ukraynalı uşaqları öldürmək lazım olduğunu bildirmişdi. Bundan əlavə, Krasovski elə həmin verilişdə söyləyib ki, Ukrayna bir dövlət kimi mövcud olmalı deyil.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar
- Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər
- Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"
Ən çox oxunanlar
Rəylər