Ukrayna Rusiya və Vyana sənədinin digər iştirakçı dövlətləri ilə təcili görüş tələb edib.
Bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba məlumat verib.
Tələb Ukraynanın öz sərhədləri yaxınlığında hərbi fəaliyyətin təfərrüatını açıqlamaq üçün Rusiyaya göndərdiyi sorğu üzrə verilən müddətin başa çatmasından sonra səsləndirilib.
"Rusiya bizim Vyana Sənədi üzrə sorğumuza cavab vermədi. Biz növbəti addımı atırıq. Ukrayna yaxın 48 saat ərzində Rusiya Federasiyası və bütün iştirakçı dövlətlərlə sərhədimizdə Rusiya qoşunlarının gücləndirilməsi və digər fəaliyyətini müzakirə etmək üçün iclas çağırır. Əgər Rusiya ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi ilə bağlı dediklərinə ciddi yanaşırsa, gərginliyi azaltmaq və bütün iştirakçı dövlətlər üçün təhlükəsizliyi gücləndirmək üçün hərbi şəffaflıq öhdəliklərini yerinə yetirməlidir”, - Kuleba öz “Twitter” səhifəsində yazıb.
Якщо Росія серйозно ставиться до своїх слів про неподільність безпеки на просторі ОБСЄ, вона має виконати свої зобов’язання щодо військової прозорості задля зниження напруги та зміцнення безпеки для всіх держав-учасниць 2/2
— Dmytro Kuleba (@DmytroKuleba) February 13, 2022
Mənbə: “RİA Novosti”