Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli təhlükəsizlik və müdafiə Şurasının (MTMŞ) sədri Andrey Lısenko bildirib.
“İyul ayının 16-da Rusiya tərəfindən növbəti təxribat həyata keçirilib. Rusiya Federasiyasının hərbi təyyarəsi, Ukrayna ərazisində tapşırığı yerinə yetirən SU-25-ə raket zərbəsi endirib”, - Andrey Lısenko bəyan edib.
“Bizim təyyarəmiz vurulub, təyyarəçi təxliyyə edilib. Salamatdır, heç bir zədə almayıb”, - o əlavə edib.
Məlumat verildiyi kimi Ukrayna təyyarəsi Ukrayna ərazisində tapşırıq yerinə yetirirdi.
MTMŞ nümayəndəsi Rusiya tərəfini, həmçinin Ukrayna mövqelərinin “Qrad” sistemi vasitəsi ilə atəşə tutulmasında ittiham edib.
O, Rusiya tərəfindən sərhədçilərin və antiterror əməliyyatı qüvvələrinin mövqelərinin atəşə tutulduğunu deyib.
“Rusiya Federasiyası yaraqlıların dəstəklənməsi prosesində iştirak edir”, - o qeyd edərək, Rusiyanın davranışına yaxın günlərdə qiymət veriləcəyini bildirib.
Bununla yanaşı Moskvada Donesk respublikasının lideri Denis Puşilin bəyan edib ki, vurulan təyyarə haqqında heç bir şey eşitməyib.