Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Uşağın mədəsindən yüzdən çox maqnit kürə çıxdı
Vladivostokdakı (Rusiya) 1 saylı Regional Uşaq Xəstəxanasının əməkdaşları üç yaşlı uşağın mədəsindən bir-birinə yapışan 101 maqnit kürə çıxarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a regional Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Yardım 1 saylı Regional Uşaq Xəstəxanası tərəfindən göstərilib. Uşaq tam qaydasındadır. Cərrahi müdaxilə olmasaydı, kürələr mədə boyunca sərbəst hərəkət edə və yolları tıxaya bilərdi", - məlumatda bildirilib.
Qeyd olunub ki, maqnitləri bir neçə mərhələdə çıxarmaq lazım gəlib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər