Rusiyada baş verən dəhşətli qəza kameraların yaddaşına düşüb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, qəza anını anbaan arxadan gələn maşınlardan birinin videoregistratoru qeydə alıb.
Belə ki, magistral yolda hərəkət edən sürücülərdən biri maşını təbii ehtiyac üçün yolun kənarında saxlayıb. Sürücü kişi qucağında uşağı ilə maşına minmək istəyəndə arxadan gələn maşın qəza törədib.
Ata bir həmlə ilə həm özü, həm də övladının həyatını xilas edə bilib. Qəzadan sonra ata qucağında uşağı ilə palçıqlı yola yıxılıb. Ayağa qalxan kişi övladını maşına qoya bilib.
Şokda olan ailəyə yoldan keçən sürücülər kömək etməyə çalışıblar.