“Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov Krımda 36 hektardan çox torpaq sahəsi alıb.
Oxu.Az “Pressa Ukrainı”ya istinadən xəbər verir ki, Krımın Rusiyanın tərkibinə qatılmasından sonra ilk dəfə yarımadada kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılıb.
36,4 hektar torpaq sahəsi bundan əvvəl üzümçülük müəssisəsinin balansında olub. Torpaq sahəsini hələ yanvarın sonlarında hərracda satıblar. Vahid Ələkbərov 36.4 hektar torpaq üçün cəmi 163 milyon rubl (təxminən 2.2 milyon dollar) ödəyib.
Lakin Krımda torpağın sotunun bazar qiyməti nəzərə alınanda bu məbləğ olduqca aşağı hesab edilir. Bununla belə, V.Ələkbərov torpağı almaqla riskə gedir. Çünki Krıma qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalar tətbiq edilib. Görünür, qiymətin nisbətən aşağı olmasının səbəbi də bu riskin nəzərə alınmasından irəli gəlir.