Neftin qiymətləri keçid dövrünə qədəm qoyub, tezliklə bir barel üçün qiymətin 50 dollar olacağı mümkündür.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Lukoyl”un prezidenti Vahid Ələkbərov bildirib.
“Biz sıfırdan başladıq, hazırda keçid dövrü başlayıb, tezliklə 50 dollar qiymətin şahidi olacağıq”, - o deyib.
O qeyd edib ki, istənilən halda neft hasilatının sabitləşdirilməsi üzrə razılaşma əldə ediləcək.