Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Valeri Meladze barəsində yoxlamalar aparılacaq: Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyi ehtimal olunur
Moskva Prokurorluğu müğənni Valeri Meladze barəsində yoxlamalara başlayacaq.
Müğənninin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyi barədə ehtimallar irəli sürülür.
Bu barədə hüquq-mühafizə orqanlarının nümayəndələri məlumat veriblər.
Məlumata görə, Rusiya Federasiyasının Baş Prokurorluğu Moskva Prokurorluğuna bununla bağlı göstəriş verib. Müğənni Valeri Meladzenin Ukrayna ordusuna maliyyə vəsaiti ayırması ehtimalı ilə bağlı yoxlamalar aparmaq tapşırılıb.
Bundan əvvəl “Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihə” təşkilatının rəhbəri Vitali Borodin baş prokuror İqor Krasnova müraciət ünvanlayıb və sənətçinin yoxlanılmasını istəyib.
Müraciətdə Borodin bildirib ki, Meladze müharibəni tənqid edib və BƏƏ-də çıxışı zamanı Ukrayna millətçilərinin şüarını səsləndirib.
Mənbə: MK.ru
Rəylər