Tanınmış rəssam Vinsent Van Qoqun “Monmartda küçə səhnəsi” əsəri hərraca çıxarılıb.
“Sotheby's” hərrac evinin “Twitter” səhifəsində dərc olunan məlumata əsasən, rəsm əsəri Parisdə 13.091.250 avroya alıcı tapıb.
Qeyd edək ki, 135 il öncə çəkilən əsər heç zaman geniş auditoriyaya təqdim edilməyib. O, Parisdə yaşayan ailələrin birinə məxsus olub.
Ailənin hazırki nəsli əsəri hərraca çıxarmağı qərara alıb.
#AuctionUpdate: Emerging after a century spent in the same collection, and placed on public display for the very first time this week since it was painted 135 years ago, Vincent #VanGogh’s 'Scène de rue à Montmartre' achieves €13,091,250 in #Paris. pic.twitter.com/iYXeyBBWSE
— Sotheby's (@Sothebys) March 25, 2021