Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Varşava hava limanında Polşa prezidentinin təyyarəsi ilə bağlı problem yarandı
Polşa Prezidenti Andjey Dudanın təyyarəsi yalnız ikinci cəhddə Varşava hava limanına enə biliib.
Oxu.Az -ın xəbərinə görə, bu barədə "RMF FM" məlumat verib.
Məlumata görə, təyyarənin enməsinə ornitoloqun maşını mane olub.
Məsələ burasındadır ki, eyni vaxtda paytaxtın hava limanında daha bir təyyarə quşla toqquşub. Bununla əlaqədar olaraq həvəskar ornitoloq avtomobili ilə uçuş-enmə zolağına daxil olub və bununla da prezident təyyarəsinin enişini gecikdirib.
Qeyd olunur ki, Polşa lideri BMT Baş Assambleyasında iştirakdan sonra ölkəyə qayıdırmış. Nəticədə göyərtəsində Dudanın olduğu "Boeing" təyyarəsi qəzasız eniş edib.
"Polşa" teqi üzrə xəbərlər
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı
- Polşa prezidenti ABŞ-dən nüvə silahı istədi
- Tusk Ərdoğandan Ukraynadakı sülh prosesi üçün məsuliyyət götürməyi xahiş edib
- ABŞ-nin Polşa vasitəsilə Ukraynaya silah tədarükü bərpa edildi
- Polşa klubu Renat Dadaşovla bağlı yekun qərarını verib