Vaşinqton iddia edir ki, Rusiya və NATO arasında münaqişə yoxdur.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bəyan edib.
“Biz hesab etmirik ki, bu, NATO və Rusiya arasında münaqişədir <...> İnanırıq ki, bu münaqişə Rusiya və onun dəstəklədiyi separatçılarla Ukraynanın münaqişəsidir”, - Psaki qeyd edib.
Bununla yanaşı, Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, Rusiyanın NATO ilə davamlı münasibətlər tarixi var.
Lakin Psaki qeyd edib ki, Ukraynanın ərazisinə qeyri-qanuni müdaxilə alyansın bir çox üzvlərini narahat edir.
Öncə Psaki bəyan etmişdi ki, Rusiya Ukraynada ağır texnika yerləşdirməkdə davam edir.
www.oxu.az