ABŞ-ın təhlükəsizlik üzrə müşaviri postu Maykl Flinnin qalmaqallı istefasından sonra hələ də boşdur. ABŞ Hərbi-Dəniz Qüvvələrinin vitse-admiralı Robert Harvard prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri postundan imtina edib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn bazar ertəsi axşam saatlarında istefa verib. İstefa ərizəsində o, Rusiyanın Amerikadakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.
Ağ Evin nümayəndələri Harvardın postdan imtinaetmə səbəbi kimi, ailə və maliyyə vəziyyətini göstərsələr də, Amerika KİV-i əsas səbəbin admiralın “öz adamlarını” gətirmək istəyi olduğunu bildiriblər, buna isə Prezident Administrasiyası icazə verməyib.
Vəzifəyə digər namizədlər ehtiyatda olan general Kit Kelloq və MKİ-nin sabiq rəhbəri Devid Petreusdur.
N.O.
www.oxu.az