Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Volqoqrad kamikadzesinin şəxsiyyəti müəyyən edildi
Polis bu gün Rusiyanın Volqoqrad şəhərində dəmiryol vağzalında partlayış törətmiş kamikadzenin şəxsiyyətini müəyyən edib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu barədə Dağıstan hüquq-mühafizə orqanlarından məlumat veriblər.
"Versiyalardan birinə görə, terroru Dağıstan sakini Oksana Aslanova törədə bilər, ancaq bu məlumat təsdiq edilməlidir",- deyə mənbə vurğulayıb. Onun sözlərinə görə, qız xüsusi əməliyyatla öldürülmüş yaraqlılardan birinin arvadı olub.
Onun hər iki həyat yoldaşı xüsusi əməliyyatlar zamanı zərərsizləşdiriliblər.
Oksana Aslanova iki dəfə qanunsuz silahlı birləşmə üzvü ilə ailə qurub.
O.Aslanova 2012-ci ildən axtarışda olub.