Vyanada naməlum şəxslər xilaskar sovet döyüşçüsünün heykəlinin üzərinə qara boya töküblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə fevralın 23-nə keçən gecə baş verib.
Heykəlin üzərində ali baş komandan İosif Stalinin Vyananın alınması barədə 1945-ci il 13 aprel tarixli əmrinin vurulduğu postamenti zərər çəkib. Hal-hazırda Rusiya diplomatları baş verənlərlə əlaqədar etiraz notasını hazırlayırlar.
Sovet döyüşçüsünün Vyanadakı heykəli dəfələrlə vandalların hücumuna məruz qalıb. Belə ki, keçən ilin may ayında o, Ukrayna bayrağının imitasiyası olaraq sarı və göy boya ilə boyanmışdı, 2012-ci ilin aprelində isə monument qırmızı rəngə boyanmışdı.
E.Ə.
www.oxu.az