Ötən aylarda Facebook tərəfindən satın alınan WhatsApp səssiz-sədasız yeni xüsusiyyətini tətbiq edib.
Oxu.Az Faktxeber-ə istinadən xəbər verir ki, WhatsApp istifadəçiləri üçün yeni bir düymə əlavə olunub.
Bundan sonra WhatsApp-da göndərdiyiniz mesajların oxunub-oxunmadığını yanındakı “mavi düymə” sayəsində biləcəksiniz.
Bu yenilənmədən əvvəl WhatsApp-da ismarıcların göndərilən adama gedib-getmədiyi, ismarıcların yanındakı “iki quş” sayəsində aydın olurdu, lakin mesajın oxunub-oxunmadığı bilinmirdi.
E.Ə.
www.oxu.az