Artıq iPhone telefonlarının istifadəçiləri də indidən WhatsApp-ın səsli zəng xidmətindən istifadə edə biləcəklər.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunun üçün iOS cihazlarının açarını cihazın sistemini sındıran proqram olan “jailbreak” ilə açmaq lazımdır.
Əgər bu mümkün oldusa, telefonda “Cydia” proqramını açın və “AppSync Unifield” yolu ilə WhatsApp-ın beta versiyası olan olan “2.12.1.97”ni yükləyin.
Yükləmə bitdikdən sonra WhatsApp-ı yenidən işə salın. Beləliklə, “Android” cihazlarda olduğu kimi “iOS”larda da söhbət pəncərəsinin sağ tərəf yuxarısında telefon işarəsinə toxunmaqla zəng etmək mümkün olacaq.
Əgər telefonunuz “jailbreak”li deyilsə, yaxud da “jailbreak”dən istifadə etmək istəmirsinizsə, WhatsApp vasitəsilə zəng etmək üçün daha bir neçə həftə gözləməli olacaqsınız.
E.Ə.
www.oxu.az