“WizzAir” aviaşirkəti Romadan müxtəlif istiqamətlərə yeni uçuşlar həyata keçirəcək.
Şirkətdən verilən məlumata görə, İtaliya paytaxtından havaya qalxacaq təyyarələr üçün yeni istiqamətlər sırasında Kastelona, Əbu-Dabi, Lüksemburqa və Küveytlə yanaşı Bakı da var.
Roma – Bakı aviareyslərinə 2023-cü ilin mayın 1-dən start veriləcək. Uçuşlar həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günlərində baş tutacaq.
Yeni aviareyslər üçün biletləri artıq indidən sifariş etmək mümkündür.
Qeyd edək ki, “WizzAir” dünyanın nisbətən münasib qiymət siyasətilə tanınan aviaşirkətlərindən biri kimi tanınır.
NEW DAY = NEW DESTINATIONS AT WIZZ ✈️
— Wizz Air (@wizzair) December 15, 2022
Sit down, cause this is a doozy: we have brand-new flights from Rome to Baku, Castellon, Abu Dhabi, Luxemburg and Kuwait! 😍 Grab your ticket today! 👉 https://t.co/AeMNWOJWFF pic.twitter.com/WzPpc0E9iH