Frensis Ford Koppolanın “Xaç atası” filmi ekranlara çıxmasının 50-ci ildönümünü qeyd etmək üçün kinoteatrlara qayıdıb.
Filmin hər üç hissəsi Koppolanın şəxsən özünün rəhbərliyi altında diqqətlə restavrasiya olunub. Xüsusilə, mütəxəssislər neqativlərin üzərindəki ləkələri aradan qaldırıb və rəngləri bərpa ediblər.
Qanqster trilogiyası olan “Xaç atası” 1972-1990-cı illər arasında ekranlara çıxıb. O, dünya kino tarixinin şah əsərlərindən sayılır.
Qeyd edək ki, “Xaç atası” filmini “Cinema Plus” kinoteatrlar şəbəkəsində də izləmək mümkun olacaq.