Xakerlər tanışlıq saytlarından birinin 20 milyon istifadəçisinin şəxsi məlumatlarını oğurlayıb. Bu barədə Bloomberg məlumat yayıb. Hansı sayta hücumun olunduğu hələ məlum deyil.
Oxu.Az xəbər verir ki, agentliyin məlumatına əsasən, zərər çəkən istifadəçilərin yarıdan çoxu Rusiya, 40%- isə Avropa sakinləridir. Qeydiyyat zamanı istifadəçilərin 7 milyon nəfəri hotmail.com, 2.5 milyon nəfəri yahoo.com, 2.3 milyon nəfəri isə gmail.com-dan istifadə edib.
Qeyd olunur ki, istifadəçilərin ad və parollarının surəti çıxarılıb. Beləliklə, xakerlər saytın istifadəçilərinin bank hesablarına giriş əldə edə bilərlər. Məlumata əsasən, xakerlər artıq məlumatları satışa çıxarıb.