Məşhur teatr və kino aktrisası, "Mənim gözəl dayəm" teleserialının ulduzu Rusiyanın xalq artisti Aleksandra Nazarova 79 yaşında vəfat edib.
Bu barədə M.N.Yermolova adına Moskva Dram Teatrının rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, Aleksandra Nazarovanın ən son çəkildiyi ekran işi 2018-ci ildə lentə alınan "Xoşbəxtlik! Can sağlığı!" filmidir.