Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xarici ölkələr və ölkəmizdəki səfirliklər Azərbaycana başsağlığı veriblər
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin (XİN) bu ölkənin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsində bəyanat paylaşılıb.
"Nazirliyin mətbuat katibi dr. Sufyan əl-Quda Azərbaycan hökumətinə və xalqına dəstək sözlərini ifadə edib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb", - bəyanatda bildirilib.
أعربت وزارة الخارجية وشؤون المغتربين عن أصدق التعازي والمواساة لحكومة وشعب جمهورية أذربيجان الصديقة، جراء حادث تحطم طائرة لشركة الخطوط الجوية الأذربيجانية في مدينة أكتاو في كازاخستان، مما أسفر عن عشرات الضحايا والإصابات.
— وزارة الخارجية وشؤون المغتربين الأردنية (@ForeignMinistry) December 25, 2024
وأكد الناطق الرسمي باسم الوزارة السفير د.سفيان القضاة… pic.twitter.com/A4fdVFRwIU
Digər başsağlığını Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman verib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.
"Azərbaycan Hava Yolları" QSC-ya məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı kədərlənir, həlak olanlara və onların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu dəhşətli qəzada yaralananların hamısına şəfa diləyirik", - diplomat qeyd edib.
We are deeply saddened by the crash of an Azerbaijan Airlines flight in Kazakhstan and express our heartfelt condolences to the victims and their loved ones. We wish full and speedy recovery to all those injured in this terrible accident. pic.twitter.com/E6FbnV5WF7
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) December 25, 2024
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Oxu.Az bildirir ki, bununla bağlı Peter Mixalko "X" platformasında paylaşım edib.
"Bu gün Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda təcili eniş zamanı qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tez sağalmasını arzu edirik", - Peter Mixalko yazıb.
Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında dərc edilib.
Digər başsağlığı İsrailin Azərbaycandakı səfirliyi tərəfindən dərc edilib.
Gürcüstan XİN də Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı mətni yayımlayıb.
Fransanın və ABŞ-nin Azərbaycandakı səfirlikləri AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi də baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı mətni dərc edib.
Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 29 nəfər qəzadan sağ çıxıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Nazir: "Son qərar sabah və ya yaxın günlərdə veriləcək"
- Təyyarə qəzasında həlak olan pilotlardan biri Bakı Avropa Liseyinin məzunu olub
- Qazaxıstanlı həkimdən təyyarə qəzasında yaralananların vəziyyəti barədə AÇIQLAMA
- Təyyarə qəzası ilə bağlı "Embraer" şirkəti açıqlama verdi
- Rəis müavini: "Hər iki kapitanla səhər görüşmüşdük"
Rəylər